QARABAG
 
  Ana Səyfə
  XOCALI FACIESI VIDEO
  XOCALI FACIESI
  20 YANVAR
  Məlumat
  Ziyarətci dəftəri
  ELAQE
  SEKILLER
20 YANVAR
20 yanvar münasibətinə Azərbaycan prezidentinə müraciət: Hörmətli Prezident İlham Əliyev cənabları: 20 yanvar 1990-cı il cinayəti Azərbaycan millətinin və onun ölkəsinin istiqlalına qarşı törədilən ardıcıl cinayət və təcavüzlərdən biridir. 1905-dən başlamış erməni-rus hücumları nəticəsində Azərbaycan milləti qətliama məruz qalmışdır. 1920-ci il müstəqil Azərbaycan Xalq Cumhuriyyəti, Leninin əmri və Şaumyanın vasitəsi ilə devrildi və onun başçıları istefaya getməyə məcbur edildilər. SSRI hökuməti milli haqları boğmaq üçün dəyişik taktikalardan faydalanırdı. Misal üçün, millətləri məcburi köçdürmək, ruslaşdırmaq, adlarını dəyişdirmək və buna bənzər siyasətlər tətbiq olunurdu. Bu da Azərbaycan ölkəsinin və azərbaycanlıların daha artıq təzyiqlərə məruz qalması ilə nəticələnmişdir. Azərbaycanın əlifbasını latıncadan kiril alfabetinə dəyişərək Azərbaycanla Turkiyənin mənəvi əlaqələrini kəsdilər. Stalin bunlara qənaət etməyib fiziki və coğrafi əlaqələrin kəsilməsi üçün Azərbaycanın tarixi torpaqları Zəngəzur mahalını Azərbaycandan ayırıb ermənilərə hədiyyə etdi. Beləliklə, Azərbaycanın həm Güneylə sərhədlərini məhdudlaşdırıb, həm də Türkiyə və Azərbaycan arasında bir maneə yaratdı. Bu yolla Azərbaycanı həm doğma qardaşlarından, həm Türk dünyasından, həm islam dünyasından və həm də Avropadan uzaqlaşmışdır. Daha əvvəl qeyd etdiyimiz kimi, keçmiş 100 ildə Azərbaycan qanlı faciələrin qurbanisi olub və 20 yanvar, Qarabağ işğalı və Xocalı qətliamı bu qanlı faciələrin davamıdır. Yanvar ayının 18 –i rus ordusu Bakı şəhərini işğal etmək istədiyində Azərbaycan milləti bu faciənin qarşısını almaq üçün mədəni formada etiraz edib, ordunun qabağında dayanıb və şəhərə girməsinə mane olmuşdur. Ancaq gözlənilməyəcək dərəcədə vəhşi olan rus və erməni cinayətkarları bu sülhsevər millətin qanuni və haqq etirazına baxmayıb, 19 yanvar gecəsi atəşə açmağa başladı. Əliyalın, silahsız və məzlum milləti tankların altında əzib, maşınların üstündən keçib, şəhərdə dəhşətli hücuma başladılar. Rus ordusu Azərbaycan millətini qorxutmaq üçün misli görünməyən vəhşiliklə şəhidlərin gözlərini də oyub çıxartmışdı. Bir çox azərbaycanlılar öz evlərində və balkonlarında rus cinayətkarlarının gülləsinə tuşlanmışdılar. 20 yanvar rus müstəmləkəçiliyinin yeni cinayətlərinin başlanğıcı və Qarabağ faciəsi və Azərbaycanın işğalı həmən senariyonun davamıdır.
 
   
Reklam  
   
Bugün 11 ziyaretçi (18 klik) kişi burdaydı!
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=